Orban sülh istəyirsə, Kremlə desin - Kiyev

28-12-2022, 08:47           
Orban sülh istəyirsə, Kremlə desin - Kiyev
Macarıstan baş nazirinin açıqlaması onun Ukrayna xalqına qarşı patoloji laqeydliyini göstərir. Çünki Orbanın eyham vurduğu Ukraynanın müharibədə məğlub olması, Rusiya təcavüzkarlığının Macarıstan üçün təhlükə yaratması ilə bağlıdır.

Axar.az xəbər verir ki, bu sözlər Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

"Macar baş nazir sülh istəyib-istəmədiyini özünə sual verməlidir. Əgər cavab “hə”dirsə, o zaman Rusiyanın Ukraynaya yönəlik hücumları dayandırması üçün Moskva ilə yaxın əlaqələrindən istifadə etməsi gərəkdir”, - deyə bildirilib.

Qeyd edək ki, Macarıstan Baş naziri V.Orban ABŞ-ın dəstəklədiyi müddətcə Ukraynanın döyüşə biləcəyini söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru