Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır: Bakıya qarşı təzyiq kartı kimi istifadə edir

28-12-2022, 10:41           
Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır:
Ceyhun Bayramov Qarabağda erməni silahlı dəstələrinin çıxarılması ilə bağlı Rusiyanın mövqeyi haqda dedikləri diqqət çəkdi:
Moskva Bakının tələbi qarşısında bildirir ki, “erməni qoşunların çıxarılması Emənistanın öhdəliyidir”.
Əslində Rusiya bu silahlıların bölgədə qalmasında maraqlıdır: Bakıya qarşı təzyiq kartı kimi istifadə edir, separatçıların “müdafiəsi” təşkil olunur;
Silahlı dəstələrin silah-sursatla təmin edilməsinə, “döyüş postları” qurmasına şərait yaradan da sülhməramlılar olub. 4-cü bəndin icrası öhdəliyini İrəvanın üzərinə qoyması isə məsuliyyətdən yayınmaq cəhdidir. Və bu, həm də o deməkdir ki, Azərbaycan qanunsuz silahlı dəstələrin çıxarılması, yaxud neytrallaşdırılması istiqamətində praktiki addım atmasa, nə Ermənistan, nə Rusiya 4-cü bəndi icra etməyəcək, bundan danışıqlar prosesini uzatmaq üçün istifadə edəcək.
Asif Nərimanlı
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.