Yeni rəis Naxçıvana getdi - TƏK GETMƏYİB...

28-12-2022, 09:42           
Yeni rəis Naxçıvana getdi - TƏK GETMƏYİB...
Xeyli vaxtdır gözlənildiyi kimi, Naxçıvan MR Daxili İşlər Nazirliyi ləğv olunub, onun yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan MR Baş Polis İdarəsi yaradılıb.

TEREF.AZ bildirir ki, “AzPolitika.info”-ya mötəbər mənbədən daxil olan məlumata görə, Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin rəisi Süleyman Nemətov Naxçıvan MR Baş Polis İdarəsinin rəisi təyin olunub.

S.Nemətov bu gündən yeni vəzifəsinin icrasına başlayacaq. Mənbənin bildirdiyinə görə, S.Nemətov Naxçıvana tək getməyib. Onunla birlikdə Naxçıvan polisində yüksək vəzifələri tutacaq 5-6 nəfər də MR-ə yollanıb.

Əslən Babək rayonunun Nehrəm kəndindən olan S.Nemətov Suraxanı polisindən əvvəl Quba polisinə rəhbərlik edib.

DİN sistemindəki mənbələrin bildirdiyinə görə, nazir Vilayət Eyvazovun etimad göstərdiyi polis zabitlərindəndir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru