Xankəndidə separatçılar arasında dava: - “deputat”la “partiya sədri” əlbəyaxa oldular

28-12-2022, 17:01           
Xankəndidə separatçılar arasında dava: -
Bu gün səhər saatlarında Xankəndinin mərkəzində separatçılar arasında dava düşüb. TEREF.AZ JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, hadisəyə səbəb “Qarabağın sabahı” adlı qondarma partiyanın rəhbəri Tiqran Petrosyanın qondarma “parlament”in üzvlərini aksiyaya çağırması və onlardan Xocalıya gedərək, oradakı rus sülhməramlılarının qərargahını mühasirəyə almasını tələb etməsi olub.

“Hraparak” qəzetinin yaydığı xəbərə görə, Petrosyan və başının dəstəsi tələblərini irəli sürdükdən sonra “deputat”larla aralarında mübahisə yaranıb. Belə ki, separatçıların nümayəndələri Petrosyandan ərazini tərk etməsini tələb ediblər. Tovmasyan familiyalı “deputat”la Petrosyan arasında əvvəlcə söz mübahisəsi başlayıb. Tərəflər bir-birilərini satqınlıqda, xəyanətdə ittiham ediblər. Daha sonra isə Tovmasyanla Petrosyan bir birilərinə hücum ediblər. Orada olan şəxslərin köməkliyi ilə hadisənin böyük davaya çevrilməsinə imkan verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru