Britaniyadan xarici ölkə vətəndaşlarına xəbərdarlıq: İranı dərhal tərk edin – FOTO

29-12-2022, 08:58           
Britaniyadan xarici ölkə vətəndaşlarına xəbərdarlıq:
İran hökuməti əcnəbi vətəndaşları şantaj məqsədi ilə həbs edir, onlara işgəncələr verir və onların ölkələrinə təzyiq göstərir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verir.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeddi nəfərin, o cümlədən Britaniya ilə “əlaqəli” bir neçə ikili vətəndaşlığı olan şəxsin həbs olunduğunu elan etməsindən bir gün sonra Böyük Britaniya parlamentinin İcmalar Palatasının Xarici Əlaqələr Komitəsinin rəhbəri Alisia Körns bütün qərblilərə İranı dərhal tərk etməyi məsləhət görüb.

O, habelə bəyan edib ki, İran hökuməti insanları “sevinc”lə həbs etdiyini göstərib, çünki davam edən antihökumət etirazlarının güclənməsində günahı xarici güclərin üzərinə atmağa çalışır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru