"Azərbaycan nəinki 8 kənd, heç 8 qarış torpağımızı tələb edə bilməz" - Ermənilər belə deyir... BƏS BİZ?

29-12-2022, 10:41           
"Azərbaycan nəinki 8 kənd, heç 8 qarış torpağımızı tələb edə bilməz" - Ermənilər belə deyir... BƏS BİZ?
“Azərbaycan 8 qarış torpağımızı belə tələb etmək üçün heç bir tarixi əsas təqdim edə bilməz”.

TEREF.AZ KONKRET.az-a istinadla xəbər verir ki, bunu iranşünas Vardan Voskanyan Facebook səhifəsində yazıb. O, Azərbaycanın xarici işlər nazirinin Ermənistanın səkkiz kəndi Azərbaycana geri qaytarması barədə verdiyi bəyanatı öz xislətinə məxsus şərh edib.

“Bakı torpağımızın ən azı səkkiz qarışını tələb etmək üçün Ermənistana heç bir tarixi, mədəni və ya aydın hüquqi arqumentlər təqdim edə bilməz. Ona görə də “müqəddəs torpağımız”ın bir qarışını belə onlara vermək olmaz.

Bayramov Ermənistandakı səkkiz kəndi guya azərbaycanın olduğunu deyib və onun fikrincə, bu kəndlər geri qaytarılmalıdır.

Azərbaycanın hər şeyi “saxta” olduğu kimi, heç bir başqa ölkəyə heç bir tələb irəli sürmək üçün heç bir əsası yoxdur”, – deyə Voskanyan çərənləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru