Əvəz Zeynallının işi MƏHKƏMƏDƏ... - AÇIQLAMA

29-12-2022, 10:57           
Əvəz Zeynallının işi MƏHKƏMƏDƏ... - AÇIQLAMA
Xural TV-nin baş redaktoru Əvəz Zeynallının barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə təqdimat verilib.

TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc bildirib.

Vəkil qeyd edib ki, təqdimat Binəqədi rayon Məhkəməsinə daxil olub.

Təqdimata bu gün saat 11.00-da baxılacaq.

Qeyd edək ki, bu ilin sentyabrında Binəqədi rayon Məhkəməsinin qərarı ilə Əvəz Zeynallının barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Əvəz Zeynallının barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib.

Daha sonra isə ona əlavə olaraq Cinayət Məcəlləsinin 312-1 (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi ilə ittiham verilib.

Əvəz Zeynallı ittihamları qəbul etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru