Paşinyan dostunu niyə nazir vəzifəsində görmək istəmir?

29-12-2022, 11:50           
Paşinyan dostunu niyə nazir vəzifəsində görmək istəmir?
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən qurulmaqda olan Daxili İşlər Nazirliyinə dostu, indiki polis rəisi Vahe Kazaryanın rəhbərlik etməsini istəmir.

Publika.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Nikolun Kazaryanın sədaqətinə heç bir şübhəsi yoxdur, amma problem ondadır ki, o, siyasətçi deyil, natiqlik qabiliyyəti yoxdur. Ona görə də “fövqəlnazirliyə” rəhbərlik edə bilməz.

“Daxili işlər naziri isə müsahibələr verməli, hökumətin və parlamentin iclaslarında çıxış etməli olacaq. Kazaryan belə qabiliyyətlərdən məhrumdur”, - qəzet yazıb.

Qəzetin məlumatına görə, ən uyğun namizəd Fövqəladə Hallar Nazirliyinin hazırkı rəhbəri Armen Pambuxçyandır.

Daxili İşlər Nazirliyinin tərkibinə Fövqəladə Hallar Nazirliyi, polis və xilasetmə xidməti daxil olacaq, onların rəisləri nazir müavinləri olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru