Qarabağ erməniləri hansı pasportu daşıyırlar? - Xankəndi yolun bağlı qalması qaranlıq suala işıq salıb

29-12-2022, 12:07           
Qarabağ erməniləri hansı pasportu daşıyırlar? - Xankəndi yolun bağlı qalması qaranlıq suala işıq salıb
Laçın-Xankəndi yolunda keçirilən aksiyanın fonunda Qarabağda yaşayan ermənilərlə bağlı vacib bir suala da aydınlıq gəlir. Onlar haranın vətəndaşlarıdırlar?! Hansı pasportu daşıyırlar?
Erməni siyasətçiləri və ekspertləri məsələ ilə bağlı çıxışlarında bu suala da cavab verirlər.

Məsələn, Ermənistan parlamentinin deputatı Kristine Vardanyan bəyan edib ki, “Qarabağda yaşayan ermənilər Rusiyanın, ABŞ-ın, Çinin yox, Ermənistanın vətəndaşlarıdırlar. Onlara yardım etmək Ermənistan hakimiyyətinin borcudur”.

Bunu deyəndən sonra Kristine Vardanyan Ermənistan hakimiyyətindən tələb edib ki, öz təyyarələrilə Qarabağdakı erməniləri “blokada”dan çıxarsınlar.

Erməni media eksperti Tiqran Koçaryan isə daha konkret şəkildə deyib ki, Laçın dəhlizində baş verənlərin məsuliyyətini ilk növbədə Ermənistan hakimiyyəti daşıyır: “Qarabağda yaşayan 120 min erməni Rusiya Federasiyasının yox, Ermənistan respubikasının pasportunu daşıyırlar. Ermənistan Respublikası dünyadakı bütün ermənilərin vətəni kimi onların təhlükəsizliyini bərpa etməlidir”.

Beləliklə, məlum olur ki, Qarabağdakı ermənilər Ermənistan vətəndaşıdırlar, həmin ölkənin də pasportunu daşıyırlar. O halda sual çıxır: Ermənistan vətəndaşları Azərbaycan ərazisində niyə yaşamalıdırlar? Ya çıxıb öz ölkələrinə getsinlər, ya da zəhmət çəkib Azərbaycan pasportu əldə etsinlər.
AzVision.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.