"Nəyin əsasında belə bir qərar verilib" - Deputat Çovdarovla bağlı qərara belə reaksiya verdi...

29-12-2022, 17:41           
"Nəyin əsasında belə bir qərar verilib" - Deputat Çovdarovla bağlı qərara belə reaksiya verdi...
“Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun əmlaklarının geri qaytarılması, sözün açığı, mənim üçün də bir az qaranlıq məsələ oldu. Ola bilsin, qanunla onun üzərinə qoyulan əmlakın, cərimənin, yaxud vurduğu ziyanın həcmi pul müqabilində ödənilib. Nəticədə əmlaklarından vəsait götürülüb. Çünki o əmlaklar Çovdarovun öz adına yox, yəqin ki, övladlarının yaxud yaxınlarının adına olub. Məhkəmə də bunu əsas götürə bilər. Öz adına olsaydı, yəqin, bu, baş verməzdi…”

TEREF.AZ Pravda-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.

O əlavə edib: “Çovdarov dəyən ziyanı ödəyibsə, yaxud onun fəaliyyəti nəticəsində zərərçəkən sahibkarların da zərərləri ödənilibsə, razı qalıblarsa, məhkəmə bunun əsasında qərar verə bilər. Amma hələlik bizə məlum olan budur ki, məhkəmə Çovdarovun əmlakları üzərindən həbsi götürüb. Bundan sonrakı açıqlamalar maraqlıdır ki, nəyin əsasında belə bir qərar verilib”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.