“Əfqanıstandakı müharibə bizim müharibəmiz deyildi” – Həmid Kərzai
30-12-2022, 10:44

Keçmiş Prezident Həmid Kərzai İslam Əmirliyini böyük Əfqanıstan dialoqu başlatmağa şağırıb. O, bunun “Taliban”ın və ölkənin rifahına xidmət edə biləcəyini deyib.
“The Washington Post” qəzetinə müsahibə verən keçmiş Prezident deyib ki, Əfqanıstandaxili dialoqla bağlı İslam Əmirliyinin mövqeyində prinsipcə razılaşma var: “Onlar “bəli” deyir. Daha yaxşı Əfqanıstan üçün vacib olan milli dialoqa dair razılıq var. Amma hələ biz lazım olan yerə çatmamışıq”.
“Əfqanıstandakı müharibə bizim müharibəmiz deyildi. Mən bu müharibənin əleyhinə idim. Mən Əfqanıstan kəndlərinə və evlərinə qarşı müharibədə ABŞ-ın tərəfdaşı olmamışam” – dəyə sözünə davam edən Kərzai buna qarşı çıxdığını vurğulayıb: “Terrorizmə qalib gəlmək adı ilə aparılan bu müharibənin əslində Əfqanıstan xalqına qarşı müharibə olduğunu anlayandan sonra dəyişdim”.
Sabiq dövlət başçısı ABŞ-ın Əfqanıstanın 7 milyard dollarlıq aktivlərini bölmək qərarı ilə də razılaşmadığını bildirib: “Biz terrorun ən böyük qurbanları olaraq 11 sentyabr faciəsində həyatını itirmiş və əziyyət çəkən amerikalı ailələrə başsağlığı veririk. Mən Əfqan ehtiyatlarının 11 sentyabr qurbanları arasında bölüşdürülməsi ilə bağlı çıxarılan qərarın qəti əleyhinəyəm”.
O, respublika hökumətinin dağılmasına səbəb kimi keçmiş Prezident Əşrəf Qəninin qaçmasını göstərib. Kərzainin yaxın adamı Şahzadə Məsud isə deyib ki, Əşrəf Qəni ölkədən qaçmasaydı, sülhə və Əfqanıstandaxili danışıqlara inanmasaydı, hökumət hələ də yerində qalacaqdı.