Britaniya İrana qarşı sanksiyalarını davam etdirəcək

31-12-2022, 08:44           
Britaniya İrana qarşı sanksiyalarını davam etdirəcək
Böyük Britaniya İrana qarşı sanksiyalarını davam etdirəcək.

APA xəbər verir ki, bu barədə Britaniyanın xarici işlər naziri Ceyms Kleverli "Twitter"də bildirib.

“İranla bağlı biz sözdə deyil, əməldə irəlidə olmalıyıq. Biz Məhsa Əmininin ölümündən bəri 47 nəfərə sanksiya tətbiq etmişik. İranı BMT-nin Qadınların Statusu üzrə Komissiyasından uzaqlaşdırmışıq və bütövlükdə SEPAH-a sanksiya tətbiq etməyə davam edirik. Rejim hesab verməyənə qədər biz dayanmayacağıq”, - Britaniya XİN başçısı vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru