Putin Si Cinpini Moskvaya dəvət etdi

31-12-2022, 12:44           
Putin Si Cinpini Moskvaya dəvət etdi
Rusiya Prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqlar zamanı iki ölkə arasındakı münasibətlərin əməkdaşlıq nümunəsi olduğunu bildirib. Bundan əlavə, Putin Çin sədrini 2023-cü ildə Moskvaya dəvət edib.

“Münasibətlərimiz ləyaqətlə bütün sınaqlara sinə gərir, yetkinlik və sabitlik nümayiş etdirir və dinamik şəkildə genişlənməkdə davam edir”, - Rusiya prezidenti bildirib.

O, həmçinin vurğulayıb ki, gələn ilin yazında Çin Xalq Respublikası sədrini Moskvaya rəsmi səfərə gözləyir.

“Bu, bütün dünyaya əsas məsələlər üzrə Rusiya-Çin əlaqələrinin gücünü nümayiş etdirəcək və ikitərəfli münasibətlərdə ilin əsas siyasi hadisəsinə çevriləcək”, - V.Putin qeyd edib.

Mənbə: Komsomolskaya Pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru