Putinin bir çıxışı ilə hər şeyi dəyişdi - Qratsiani

31-12-2022, 12:08           
Putinin bir çıxışı ilə hər şeyi dəyişdi - Qratsiani
2007-ci ildə Münhen konfransı Rusiya ilə Qərb arasında münasibətlərdə dönüş nöqtəsi oldu.

Axar.az xəbər verir ki, bu sözləri italiyalı politoloq Tiberio Qratsiani deyib.

“2000-ci illərin əvvəlləri əksər analitiklərin “birqütblü an” adlandırdığı, ABŞ-ın “demokratiya ixracı” və bazarların qloballaşması vasitəsilə bütün dünyada hər şey üzərində hegemonluq etməyə çalışdığı bir dövrdür”, - deyə analitik bildirib.

O əlavə edib ki, Moskvanın əməkdaşlığı gücləndirmək istəyini ifadə etməsinə baxmayaraq, konfransdan sonra Qərb Rusiya ilə əlaqələrin inkişafını əngəlləməyə başlayıb. Üstəlik, Birləşmiş Ştatlar özünü iqtisadi sahədə Avropa ölkələrinə, hərbi-siyasi aspektdə isə NATO üzvlərinə təzyiq göstərən qüvvə kimi göstərib.

Qeyd edək ki, 2007-ci ildə Münhen konfransında iştirak edən Rusiya lideri Vladimir Putin ABŞ-ın təkqütblü siyasət apardığını iddia edərək, bunu kəskin tənqid etmişdi. Rusiyanın bütün xarici siyasəti bu çıxışdan sonra dəyişmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru