Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğu kimi BMT-də də Azərbaycanın dostları Ermənistandan çoxdur

1-01-2023, 08:04           
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında olduğu kimi BMT-də də Azərbaycanın dostları Ermənistandan çoxdur
Fransa BMT-də Ermənistanın arzusunda olduğu “Laçın dəhlizinin bağlanmasından dolayı yaranmış humanitar fəlakət”lə bağlı sənədi keçirə bilmədi. Niyə Fransa bunu bacarmadı? Səbəblər çoxdur. Əsas səbəblərdən biri odur ki, Fransa dünyanın siyasi mərkəzləri ilə razılaşmadan özfəaliyyətlə məşğul olur. Yəni özünə vurğunluq cənab Makronu pis günə qoydu.
İkinci səbəb isə Azərbaycanla bağlıdır. Yadınızdadırmı, İlham Əliyev belə bir ifadə işlətdi ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmasa da bizim bu təşkilatda dostlarımız Ermənistandan daha çoxdur...
BMT-də də eyni mənzərənin şahidi olduq. Böyük Britaniya, BƏƏ, Rusiya və Albaniya Fransanın bütün cəhdlərini alt-üst etdi.
Cənubi Qafqazın açar ölkəsi olan Azərbaycan hamıya lazımdır. Ac-yalavac Ermənistan isə Fransadan başqa bir ölkənin işinə yaramır...
Azərbaycan diplomatiyası belə böyük bir qələbə ilə 2022-ci ili başa vurdu.
Şuşa yaxınlığında aksiya başlayan ilk gün yazmışdım ki, bununla da Laçın yolunun dəhliz statusuna son qoyuldu. Niyə belə düşnürdüm? İlham Əliyev birmənalı şəkildə dedi ki, Ermənistan Rusiyanın vassalıdır. Ermənistan bizimlə anlaşmaq istəmirsə, biz Ermənistanın ağası olan Rusiya ilə danışıqlar aparacağıq. Apardılar da. Nəticə də ortadadır.
Bu həm də o deməkdir ki, Laçın yolu yalnız və yalnız Azərbaycanın diktə etdiyi şərtlər daxilində açıla bilər.
P.S Əminəm ki, dünya azərbaycanlıları həmrəy olsa, bu kimi qələbələrimiz daha çox olacaq. Həmrəylik gününüz və yeni iliniz mübarək olsun....
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru