Zelenski Netanyahuya "silah versəniz, dəstək verərik" deyib

1-01-2023, 11:33           
Zelenski Netanyahuya "silah versəniz, dəstək verərik" deyib
Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasının Fələstin ərazilərinin işğalı ilə bağlı qətnaməsinə səsvermədən əvvəl İsrailin baş naziri Benyamin Netanyahunu dilemma qarşısında qoyub.

Musavat.com xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

Portalın materialında bildirilir ki, Zelenski ilə Netanyahu cümə günü danışıqlar aparıblar. İsrailin baş naziri Ukrayna nümayəndəsindən Fələstin ərazilərinin işğalının nəticələri ilə bağlı hüquqi rəy verilməsini tələb edən qətnamənin əleyhinə səs verməsini istəyib.

Zelenski cavabında bildirib ki, tələbin yerinə yetirilməsi müqabilində Ukraynanın silahla, ilk növbədə, raketdən müdafiə sistemləri ilə təmin edilməsi məsələsində İsrailin mövqeyində dəyişiklik görmək istərdi. Netanyahu ona dərhal belə bir söz vermək istəməyib və gələcəkdə bu məsələyə qayıtmağı təklif edib. Amma cavab Ukrayna prezidentini qane etməyib.

Nəticədə Ukrayna təmsilçisi sadəcə olaraq səsverməyə gəlməyib. BMT Baş Assambleyası qətnaməni təsdiqlədi: 87 ölkə lehinə, 24 ölkə əleyhinə, 53 ölkə bitərəf qalıb. Axiosun yazdığına görə, İsrail bu nəticədən və Kiyevin davranışından məyus olduğunu bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru