Putin Rusiyanın əsas hədəfini AÇIQLADI

1-01-2023, 12:54           
Putin Rusiyanın əsas hədəfini AÇIQLADI
Rusiya prezidenti Vladimir Putin bildirib ki, son bir ildə Rusiya tam suverenlik əldə etmək və cəmiyyətin güclü konsolidasiyası istiqamətində mühüm addımlar atıb.

Publika.az “İnterfaks”-a istinadla xəbər verir ki, o, bu barədə Rusiya vətəndaşlarına Yeni il müraciəti zamanı deyib.

Rusiya dövlət başçısı 2022-ci ili “həqiqətən dönüş, taleyüklü hadisələr”, eləcə də “çətin, zəruri qərarlar” ili adlandırıb. Onun sözlərinə görə, yuxarıda sadalananların hamısı gələcəyin təməlini qoyan sərhədə çevrilib.

“Bu, çox şeyi öz yerinə qoyan, cəsarət və qəhrəmanlığı xəyanətdən və qorxaqlıqdan aydın şəkildə ayıran, qohum və dosta məhəbbətdən, dost-tanışa sədaqətdən, vətənə sədaqətdən uca güc olmadığını göstərən bir il oldu”, - Putin bildirib.

Bundan əlavə, Rusiya lideri Yeni il müraciətində Qərb ölkələrinin Rusiyaya qarşı real sanksiya müharibəsi elan etdiklərini, lakin öz məqsədlərinə nail ola bilmədiklərini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.