Britaniya Şimali Koreyaya çağırış etdi

2-01-2023, 00:03           
Britaniya Şimali Koreyaya çağırış etdi
Böyük Britaniya Xarici İşlər Nazirliyi nüvə başlıqlarının istehsalını eksponensial artıracağını vəd edən Şimali Koreya lideri Kim Çen Inın son bəyanatlarına reaksiya verib və rəsmi Pxenyanı raket buraxılışları əvəzinə vətəndaşların rifahına diqqət yetirməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumat nazirliyin rəsmi saytında dərc olunub.

Qeyd olunub ki, Şimali Koreya yanvarın 1-də qısa mənzilli ballistik raket atmaqla BMT Təhlükəsizlik Şurasının qətnamələrini növbəti dəfə pozub.

Məlumata görə, rəsmi London Pxenyanı ölkə əhalisinin rifahının yaxşılaşdırılmasına yönəlmiş dialoqa qayıtmağa, nüvə və ballistik raket proqramlarının qeyri-qanuni inkişafını dayandırmağa çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru