Avstriya və Hindistanın XİN başçıları Ukrayna üzrə sülh danışıqlarına çağırış ediblər

3-01-2023, 09:34           
Avstriya və Hindistanın XİN başçıları Ukrayna üzrə sülh danışıqlarına çağırış ediblər
“Sülhə döyüş meydanında deyil, danışıqlar masası arxasında nail olmaq olar”

Avstriya və Hindistanın xarici işlər nazirləri Aleksandr Şallenberq və Subramanyam Cayşankar Ukrayna ilə bağlı sülh danışıqlarına çağırış ediblər. AYNA xarici mediaya iatinadən xəbər verir ki, nazirlər bu barədə Vyanada keçirilən mətbuat konfransında bildiriblər.

"Hindistanın danışıqlar məsələsində böyük rolu var. Baş nazir Narendra Modi müntəzəm olaraq hər iki tərəflə - Rusiya və Ukrayna ilə danışıqlar aparan azsaylı siyasətçilərdən biri olaraq qalır", - Avstriya XİN rəhbəri bildirib.

Nazir qeyd edib ki, sülhə döyüş meydanında deyil, danışıqlar masası arxasında nail olmaq olar.

Cayşankar isə bildirib ki, Hindistan danışıqlarda israrlıdır. Əlavə edib ki, dünya ictimaiyyəti Ukraynadakı münaqişəyə son qoymağa və ya danışıqlara qayıtmağa çağırır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru