"Putin Stalinin səhvini etdi" - Sauli Niiniste

3-01-2023, 11:24           
"Putin Stalinin səhvini etdi" - Sauli Niiniste
Finlandiya prezidenti Sauli Niiniste Rusiya prezidenti Vladimir Putinin Ukrayna ilə bağlı hərəkətlərini Sovet lideri İosif Stalinin 1939-cu ildəki hərbi kampaniyadakı siyasəti ilə müqayisə edib.

Sauli Niiniste bu barədə yeni il çıxışında deyib.

Finlandiyalı siyasətçinin sözlərinə görə, Putin Ukraynada hərbi əməliyyatlara başlamaq qərarına gələndə Stalinlə eyni ciddi səhvə yol verib. Niiniste deyib ki, Rusiya hakimiyyəti təhlükənin Ukraynanı diz çökdürəcəyini düşünərkən yanılıb, çünki azad ölkədə insanların iradəsi və əqidəsi var: "Sovet İttifaqının iki həftə ərzində Helsinkiyə girəcəyini güman etdiyi zaman bizim qış müharibəmizlə vəziyyətin oxşarlığı barədə düşünməyə bilməzsən ", - Finlandiya lideri xatırladıb.

Bundan əlavə, o xəbərdarlıq edib ki, Qərbin Ukraynaya dəstəyi getdikcə güclənir.

Bundan əvvəl Niiniste Rusiya ilə əməkdaşlığı davam etdirməyə çağırıb . “Biz əməkdaşlığı davam etdirməliyik, ancaq ona görə ki, bizim uzunluğu min kilometrdən çox olan ümumi sərhədimiz var”. Dövlət başçısı həmçinin bildirib ki, Finlandiya və Rusiyanın sərhədyanı rayonlarının administrasiyaları gündəlik əməkdaşlıq edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.