İsrail İrana qarşı beynəlxalq cəbhə quracaq

3-01-2023, 12:34           
İsrail İrana qarşı beynəlxalq cəbhə quracaq
İsrailin yeni xarici işlər naziri Eli Koen bazar ertəsi andiçmə mərasimində çıxışı zamanı bildirib ki, ölkəsi İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışacaq.

Onun sözlərinə görə, İsrail bunun üçün geniş beynəlxalq cəbhə yaradacaq.

“İsrail dövləti Birləşmiş Millətlər Təşkilatının üzvləri arasında yeganə ölkədir ki, o, təşkilata üzv olan başqa bir dövlət tərəfindən açıq şəkildə məhv olunmaqla hədələnir. İsrail istənilən yolla İranın hərbi nüvə potensialına yiyələnməsinin qarşısını almağa çalışır”, - XİN rəhbəri deyib.

Koen qeyd edib ki, İsrailin son aylarda israrla etiraz etdiyi İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının bərpası aktuallığını itirib.

Mənbə: vestikavkaza.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru