Bayden: “Biz mümkün olan ən geniş koalisiyanı toplayırıq” - FOTO

3-01-2023, 12:38           
Bayden:
ABŞ qlobal çağırışlara cavab vermək üçün geniş müttəfiqlər koalisiyası toplayır ki, bu çağırışlardan biri də Rusiyanın Ukraynaya qarşı müharibəsidir.

Dövlət Departamentinin “Twitter” hesabında verdiyi məlumata görə, bunu ABŞ prezidenti Co Bayden bildirib.

“Qlobal inflyasiya və iqlim böhranından tutmuş Rusiyanın Ukraynaya qarşı amansız müharibəsinə qədər olan ciddi qlobal çağırışlar dövründə biz nəticələr əldə etmək üçün mümkün olan ən geniş tərəfdaş koalisiyasını bir araya gətiririk”, - ABŞ prezidenti bildirib.

Bayden həmçinin vurğulayıb ki, ölkəsi öhdəliklərinə əməl etməyə, müttəfiqləri və tərəfdaşları ilə birgə işləməyə davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru