Elitaların səriştəsizliyi ABŞ-ı uçurumun kənarına gətirib - Senator

4-01-2023, 11:31           
Elitaların səriştəsizliyi ABŞ-ı uçurumun kənarına gətirib - Senator
Respublikaçı senator Marko Rubio hesab edir ki, ABŞ-da səriştəsiz elitanın illərlə hökmranlığı ölkəni uçurumun kənarına gətirib.

Publika.az xəbər verir ki, bu barədə o, “The American Conservative” üçün yazdığı məqalədə qeyd edib.

Onun fikrincə, Amerikanın hakim elitası ölkə vətəndaşlarının həyat səviyyəsini yüksəltməkdən daha çox hakimiyyət ələ keçirməkdə maraqlıdır.

“İcmalar viran edildi, qurumlar məhv edildi, iman marjinallaşdırıldı və ümumi yaxşılığa məhəl qoyulmadı”, - Rubio deyib.

Senator qeyd edib ki, ABŞ-da zəifliklərin siyahısı “çox uzundur”.

O bildirib ki, ABŞ-ı xilas etmək üçün “aqressiv amerikapərəst sənaye siyasəti”nin köməyi ilə milli iqtisadiyyat qurmaq və əsas istehsal sahələrini ölkəyə qaytarmaq lazımdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru