ŞOK İDDİA: "Putin xərçəng xəstəsidir, tezliklə öləcək"

5-01-2023, 00:04           
ŞOK İDDİA:
Ukrayna hərbi kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin xərçəng xəstəliyinə tutulduğuna əmindir.

KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov ABC News telekanalına müsahibəsində Putinin tezliklə və müharibə bitməmiş öləcəyinə ümid etdiyini bildirib.

“O, çox uzun müddətdir ki, xəstədir”, – deyə Budanov jurnalistin sualına cavab verib.

Putinin xəstəliyindən danışan kəşfiyyatçı onun xərçəng olduğunu deyib: “Biz bunu çoxdan bilirik. Rusiya Federasiyası prezidentinə yaxın mənbələrdən məlumat əldə etmişik” – deyə Budanov əlavə edib.

Jurnalistin, onun fikrincə, rus diktatorunun nə vaxt öləcəyi ilə bağlı dəqiqləşdirici sualına isə Baş Kəşfiyyat İdarəsinin rəisi belə cavab verib: “Məncə çox yaxında. Mən buna ümid edirəm”.

Budanov əmindir ki, müharibə Putinin ölümünə qədər bitməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.