SANA agentliyi: “ABŞ qüvvələri Suriyanın neftini və taxılını maşın və tanker karvanları ilə daşıyırlar”

6-01-2023, 00:02           
SANA agentliyi:
SANA agentliyi: “ABŞ qüvvələri Suriyanın neftini və taxılını maşın və tanker karvanları ilə daşıyırlar”

Suriyanın rəsmi SANA agentliyi ABŞ qüvvələrini ölkədən buğda və neft yüklü 60 tır və tanker çıxarmaqda ittiham edib. Xəbərdə deyilir: “Amerika işğal qüvvələri Suriyanın sərvətlərini talan eləməyə davam edirlər. Bu gün buğda və neft yüklü 60 yük maşını və tanker ABŞ-ın Şimali İraqdakı bazalarına aparılıb.

Hasekenin Əl Yarubiye rayonunda yerli mənbələr SANA-nın müxbirinə “Oğurluq Suriya nefti ilə dolu 36 tankerdən ibarət karvanın bu gün Amerikanın işğal qüvvələri tərəfindən qanunsuz olaraq Əl Mahmudiyyə keçidindən Şimali İraqdakı bazalarına aparıldığını” söyləyiblər.

Mənbələr Suriyanın Əl Cəzirə bölgəsindən neft və buğda daşıyan, 24 yük maşını və tankerdən ibarət başqa bir karvanın ABŞ hərbi texnikasının müşayiəti ilə işğal qüvvələri tərəfindən qarət edilərək qanunsuz şəkildə Əl Vəlid keçid məntəqəsindən aparıldığını bildiriblər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.