“Putin sülh istəsəydi, əsgərlərini vətənə gətirərdi və müharibə bitərdi”

6-01-2023, 11:07           
“Putin sülh istəsəydi, əsgərlərini vətənə gətirərdi və müharibə bitərdi”
Almaniyanın xarici işlər naziri Annalena Baerbok Rusiya Prezidenti Vladimir Putinin Müdafiə Nazirliyinə Ukraynada sabah saat 12:00-dan etibarən 36 saatlıq atəşkəs tətbiq edilməsi əmri ilə bağlı qiymətləndirmələr edib.

Sozcu.az xarici KİV-ə istinadən xəbər verir ki, Baerbok bu haqda tviter hesabında paylaşım edib.

“Putin sülh istəsəydi, əsgərlərini vətənə gətirərdi və müharibə bitərdi. Amma deyəsən, qısa fasilədən sonra müharibəni davam etdirmək istəyir. Atəşkəs deyilən razılaşma Rusiya işğalı altında hər gün qorxu içində yaşayan insanlara nə azadlıq, nə də təhlükəsizlik gətirir. Ona görə də yenidən sülh içində və öz müqəddəratını təyinedərək yaşaya bilmələri üçün biz ukraynalıları dəstəkləməyə davam edəcəyik”, – nazir qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru