“Kritik məqamdır” deyib elan etdi – Gedişatı dəyişəcək qərar

6-01-2023, 11:36           
“Kritik məqamdır” deyib elan etdi –
ABŞ Prezidenti Co Bayden Ukraynaya müdafiə sistemləri veriləcəyini açıqlayıb.

TEREF.AZ-ın yazdığına görə, Teleqraf.com xəbər verir ki, Bayden Rusiya-Ukrayna müharibəsinin kritik nöqtəyə çatdığını deyib.

“Hazırda Ukraynada müharibə kritik məqamdadır. Ukraynalılara Rusiyanın təcavüzünə müqavimət göstərmək üçün əlimizdən gələni etməliyik. Rusiya sürəti azaltmaq niyyətində deyil. Onların davranışları bir il əvvəl olduğu kimi barbarcadır və heç vaxt təslim olmaq istəmirlər”, - ABŞ lideri bildirib.

Bayden qeyd edib ki, Almaniya Kansleri Olaf Şolzla Ukrayna məsələsi və Avropa İttifaqı ilə bağlı danışıb: “Ukraynaya dəstəyi artıracağıq. Biz ukraynalılara “Bradley”, almanlar isə “Marder” piyada döyüş maşınları verəcək”.

Ukraynanın Rusiya hava hücumlarına qarşı müdafiəsinə də kömək edəcəklərini vurğulayan Bayden həm ABŞ, həm də Almaniyanın Ukraynaya əlavə “Patriot” sistemi dəstəyi verəcəyini deyib:

“Ruslar bunu anlamağa başlayırlar. Bunlar yaxşı işləyirlər və çox faydalıdırlar”.

Almaniya Ukraynaya “Patriot” sistemi və “Marder” tipli zirehli döyüş maşınları verəcəyini təsdiqləyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.