“ABŞ-ın ATƏT-dəki nümayəndəsinin Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənirik” - XİN

7-01-2023, 00:09           
“ABŞ-ın ATƏT-dəki nümayəndəsinin Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənirik” - XİN
Rəsmi Bakı ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsinin (Maykl Karpenter - red) Laçın yolu ilə bağlı yalanlara inanmasından təəssüflənir.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

"Çox təəssüf ki, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb. Əgər Laçın yolu bağlı olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?", - Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.

Bundan əvvəl ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter tviter hesabında yazıb ki, Birləşmiş Ştatlar Laçın yolunun üç həftədən artıqdır ki, bağlanmasından və ciddi humanitar vəziyyətin yaranmasından narahatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru