İran-Azərbaycan münasibətlərinin qaydasına düşməsi mümkünsüz göründüyü kimi həm də ...
7-01-2023, 10:49

Artıq İran deyilən siyasi məkanla münasibətlərimizin hansısa dönəmdə yenidən əvvəlki - ən azından mövcud gərginliyə qədərki duruma, səviyyəyə qaytarılacağı nə inandırıcı deyil, nə də mümkün görünmür. Əslində, siyasətdə İNANDIRICI və MÜMKÜN OLMAYAN məfhumları oturaq hesab olunmur. Yəni siyasətdə inandırıcı olmayan, mümkün görünməyən baş verə bilər. Amma İran-Azərbaycan münasibətlərində bunu deyə bilmərik, ən azından hal-hazırda deyə bilmirik.
Məlum olduğu kimi fars-molla rejiminin Azərbaycandakı səfirini Tehrana çağırıblar və ona guya təlimat veriblər ki, İran-Azərbaycan münasibətlərinin düzəldilməsi yolunda çalışsın. Bu xəbəri molla mətbuatı yaydı... Öz rəsmilərinə istinadən.
Buna paralel olaraq isə SEPAH təbliğat maşınının Azərbaycanı hədələyən yeni video-malzəmələri ictimailəşdi. HƏR ŞEY ƏLA İDİ... İran səfirinin Azərbaycanla münasibətləri QAYDAYA SALMASI ÜÇÜN SEPAH-ın materialı olduqca əlverişli idi... Bəs necə?.. Biz mollaların hədəsindən qorxub səfirə deməli idik ki, sən Allah sizin XİN nə buyurubsa, onu tezliklə icra et... Yoxsa çox qorxuruq...
Bununla yanaşı, İranın Azərbaycandakı səfiri qeyd etdiyim təlimatı aldıqdan sonra fars-molla rejimi ilə Ermənistanın hərbi müstəvidəki əməkdaşlıq münasibətləri ilə bağlı da yeni faktlar açıqlandı. Məlum oldu ki, rəsmi Tehran Azərbaycandakı şiə müsəlmanları öldürə bilmələri üçün ermənilərə yeni silahlar ötürməklə yanaşı, Ermənistan ordusunun yenidən qurulmasında yaxından iştirak etməkdədir.
Bu xəbəri də oxuyanda, eşidəndə çox sevindim. Çünki qəhbəliyə qoyulan 40 günlük müddət tam dolmadı... bəlkə də 40 saat da keçmədi. Yoxsa İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi cənabları Bakıya gəlib qəhbəcəsinə ağlına gələn DOSTLUQ NAĞILLARINI əzbərindən ifraz edəcəkdi, biz də ona hayıl-mayıl olacaqdıq...
Görünəni odur ki, İran-Azərbaycan münasibətlərinin qaydasına düşməsi mümkünsüz göründüyü kimi həm də arzuolunan deyil. Elə bunu Allah da istəmir. Allahın da marağında deyil ki, onu SİYASİ ALVER predmetinə çevirib illərdir özünə dövlət qurmuş farsların qəhbəliyi bundan sonra da davam etsin.
Allah istəməyni BİZ NİYƏ İSTƏMƏLİYİK Kİ?..
Məhəmməd Ərsoy
Teref.az