İranın Azərbaycandakı səfiri Seyid Abbas Mousəvi yenə bizə "xox" gəldi...
8-01-2023, 00:05
İranın Azərbaycandakı səfiri Seyid Abbas Mousəvi ölkəmizi növbəti dəfə hədələyib: “Biz Azərbaycana İsrailin bu ölkədə mövcudluğunun, təsirinin nəticələri barədə açıq şəkildə xəbərdarlıq etmişik”. Səudiyyə Ərəbistanı, Mərakeş, Sudan, BƏƏ, Oman, Bəhreyn, İordaniya, Misir kimi ərəb ölkələri İsrail ilə yaxşı münasibətədir. Elə Türkiyə də. İran isə Roma Papasaından daha çox katolik olmaq eşqinə düşüb. Ərəblər İsrail ilə dost olur, biz neyə düşmən olmalıyıq ki? Nədən Azərbaycan İranın çürük ideoloji düşüncəsinə görə İsrailə arxa çevirməlidir? II Qarabağ Müharibəsində İsrail açıq şəkildə Azərbaycanın yanında olub. Hətta ABŞ-ın təzyiqinə baxmayaraq müharibə zamanı Azərbaycana silah ixracını dayandırmayıb. Rəsmən deyib ki, İsrail öz müttəfiqini müharibənin ortasında tək qoya bilməz. İran nə edib? Ermənistana açıq və gizli şəkildə dəstək verib. İndi isə lap həyasız şəkildə Ermənistanın yanındadır. Biz hansı məntiqlə erməni yanlısı olan İranı eşitməliyik?... Elbəyiu Həsənli Teref.az