Mülki erməninin postlarımızdan yardım diləməsi hansı avantajı verir...

9-01-2023, 09:44           
Mülki erməninin postlarımızdan yardım diləməsi hansı avantajı verir...
Xankəndində yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və ehtiyaclarının ödənərək, yola salınması görüntüləri bir neçə kontekstdə əhəmiyyətli faktdır.
- Bu görüntüləri beynəlxalq müstəviyə çıxararaq, Laçın yolundakı aksiya haqda “humanitar fəlakət” iddialarına qarşı istifadə edə bilərik;
- Qarabağdakı erməni əhali ilə üçüncü tərəf, yaxud separatçı-terrorçu rejim olmadan da təmaslar qura bildiyimizin təsdiqidir;
- Bu, həm də Qarabağdakı erməni əhali üçün siqnaldır və istisna deyil ki, belə ermənilərin sayı arta bilər;
Həmin erməninin sonrakı taleyi ilə də maraqlanmaq lazımdır, çünki inteqrasiya prosesinin qarşısını almaq üçün separatçıların onu “xain” çıxaracağı, həbs edəcəyi istisna deyil. Beynəlxalq təşkilatlara həmin mülki erməninin qorunması üçün müraciət etmək olar.
Asif Nərimanlı
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru