XİN-dən ölkə mediasına: "Ermənilərə alət olmayın"

30-05-2016, 09:56           

“Haqqın.az” portalında mayın 29-da dərc olunan “Dünya Bankı Kəlbəcərdə yol tikintisinə tranş ayırdı” adlı yazı ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

teref.az yazdığına görə, Axar.az xəbər verir ki, XİN-in məlumatında bu yazının Ermənistan mətbuatından götürülmüş xəbərin təhrif edilmiş forması olduğu bildirilir.

"Bu kimi səthi “təhlillər” və Ermənistan KİV-nə xas təbliğat ilə yerli auditoriya çaşdırılır. Martuni-Vardenis-Sotk yol xətti Ermənistan ərazisində yerləşir və Dünya Bankının təxsis etdiyi tranş bu yolun 6.5-11.1 kilometrliyinin bərpasına ayrılıb.

"İndilərdə Xarici İşlər Nazirliyinin bununla bağlı bəyanatını təqdim edəcəyik” deyərək XİN adından danışmağa iddia etmək səlahiyyəti “Haqqın.az” portalına verilməyib. Hər hansı rəsmi qurumun mövqeyini öyrənmədən onun adından danışmaq peşəkar jurnalistikadan kənardır və “Kütləvi İnformasiya Vasitələri” haqqında Qanunun ciddi pozuntusudur.

Fürsətdən istifadə edərək, xüsusilə indiki həssas dövrdə bəzi mətbuat orqanlarını Ermənisan təbliğatının əlində alətə çevrilməkdən ehtiyarlı olmağa çağırırıq", - XİN mətbuat xidmətinin məlumatında qeyd olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.