Rusiyaya xəyanət edənlərə müharibə qanunlarına uyğun davranılmalıdır - Medvedev

9-01-2023, 10:34           
Rusiyaya xəyanət edənlərə müharibə qanunlarına uyğun davranılmalıdır - Medvedev
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Rusiyaya xəyanət edənlərlə müharibə qanunlarına uyğun davranılmasını təklif edib.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Medvedev Telegram kanalında yazıb.

"İnternetdə, Teleqramda düşmən tərəfə keçmiş və vətəninin məhv olmasını istəyən xainlərlə necə davranmaq barədə müzakirələr yenidən başlayıb. Bu yaxınlarda bu mövzuya münasibət bildirmişəm. Onlarla necə davranmalı: "qanunla", yoxsa "ədalətlə"? Mən dəqiqləşdirməliyəm. Əlbəttə ki, yalnız qanunla. Amma qanun işləmirsə və ya məqsədinə çatmırsa, o zaman müharibə dövrünün xüsusi qaydalarına əsasən davanılmalıdır. Böyük Vətən Müharibəsi dövrünü və digər ölkələrin təcrübəsini xatırlayaq. Müharibə dövründə həmişə belə xüsusi qaydalar olub", - Medvedev yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru