Yaxın 1 il ərzində Türkiyə, İran və Rusiyada iqtidar dəyişikliyi baş verə bilər.
9-01-2023, 16:23

Yaxın 1 il ərzində Türkiyə, İran və Rusiyada iqtidar dəyişikliyi baş verə bilər. Bu, son dərəcə real məsələdir...
Aydındır ki, Türkiyədə iqtidar səsvermə yolu ilə dəyişə bilər. Düzdür, cənab Ərdoğanın yenidən seçilmək şansı çoxdur. Xüsusən müxalifətin ortaya vahid namizəd qoya bilməməsi AKP iqtidarının xeyrinə işləyir...
İran və Rusiyada isə vəziyyət xeyli qəlizdir. İranda ideoloji boşluq yaranıb. Xalq molla rejiminə nifrət edir. Eyni zamanda, etnik baxımdan rəngarəng olan İranda fərqli xalqlar fərqli maraqlara sahibdir. Yəni İran keçmiş SSRİ kimi bir neçə yerə parçalana bilər...
Rusiyada da vəziyyət ürəkaçan deyil. Putinin gedişi avtoritar idarəçiliyin iflasına səbəb olacaq. Rusiya da çoxmillətli ölkədir. Orada da fərqli xalqlar fərqli maraqlara sahibdir. Yəni Rusiya da bir neçə yerə parçalana bilər.
Qonşu olan bu 3 ölkədə zəlzələ effekti verə biləcək rejim dəyişikliyinə Azərbaycan hazırdırmı? Heç şübhəsiz ki, Rusiya və İrandan milyonlarla insan Azərbaycana axın edə bilər. Təbii ki, bu, arzuolunan deyil. Ancaq bu ehtimal kifayət qədər yüksəkdir...
Azərbaycan bütün variantlara hazır olmalıdır. 2023-cü ildə Azərbaycan ciddi sınaqlarla üzləşəcək. Biz bu sınaqdan üzü ağ çıxmağı bacarmalıyıq...
Elbəyi Həsənli
Teref.az