Şuşa yaxınlığında keçirilən aksiya davam etməlidir və eyni zamanda...

10-01-2023, 09:54           
Şuşa yaxınlığında keçirilən aksiya davam etməlidir və eyni zamanda...
Mənim baxışıma görə, Azərbaycan Rusiyanın qeyri-rəsmi razılığı ilə Laçın yolunu bağlayıb. Söhbət ondan gedir ki, Azərbaycan da, Rusiya da, üstəlik Türkiyə də Zəngəzur dəhlizinin açılmasını istəyir. Ermənistan və İran (Fransa da həmçinin) isə bu yola qarşı çıxır…
Ermənistanın Rusiyaya çıxışını təmin edən yeganə yol Gürcüstandan keçən Lars yoludur. Dəfələrlə yazmışam. Lars yolu Ermənistanın işğalı altında olan Azərbaycan ərazisindən (Qazax rayonunun 6 kəndi) keçir. Əslində Azərbaycan hərbi yolla həmin kəndləri çoxdan geri almalı idi. Yəni bu kəndlər bizdə olsaydı biz Lars yolunu da bağlaya bilərdik. Mənə bəlli olmayan səbəbdən Azərbaycan tərəfi məntiqli və zəruri olan bu addımı hələ də atmayıb. Ancaq Azərbaycan hətta indi də Lars yolunun bağlanmasına nail ola bilər. Bunun üçün rəsmi Bakı Rusiya üzərindən Lars yolunun bağlanmasına cəhd göstərməlidir. Düşünürəm ki, bu, mümkündür. Laçın dəhlizi məsələsi ilə bağlı Rusiya ilə anlaşdığımız kimi Lars məsələsində də anlaşa bilərik. Onsuz da Rusiya kefi istəyəndə o yolu bağlayır. Bu dəfə Azərbaycanın xahişi ilə Rusiya o yolu uzun müddətə qapada bilər.
Yeri gəlmikən, Ermənistan mətbuatı Azərbaycan-Türkiyə-Rusiya yaxınlaşması fonunda bu variantı real sayır…
Bəli, Şuşa yaxınlığında keçirilən aksiya davam etməlidir. Eyni zamanda, Ermənistana başqa təzyiq vasitələri üzərində də düşnmək gərəkir…
Elbəyi Həsənli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.