Ukraynanın taleyi, Zelenskinin seçkiqabağı atacağı addımlara görə dəyişə bilər - “Financial Times”

10-01-2023, 11:27           
Ukraynanın taleyi, Zelenskinin seçkiqabağı atacağı addımlara görə dəyişə bilər - “Financial Times”
"Bütün müharibələr danışıqlar masasında başa çatsa da, bir çox hallarda hərbi münaqişələr ya seçki məntəqələrində başa çata, ya da dondurula bilər".

Metbuat.az xəbər verir ki, bu fikirlər Böyük Britaniyanın “Financial Times” qəzetində “Ukrayna müharibəsinin taleyini seçkilər müəyyənləşdirəcək” başlıqlı məqalədə qeyd olunub.

Məqalənin müəllifi bildirir ki, 2024-cü ildə Rusiyada, Ukraynada, ABŞ-da və Tayvanda prezident seçkiləri keçiriləcək. Həmin seçkilər Ukrayna müharibəsinin taleyindəhəlledici rol oynayacaq.

Rusiyanın lideri Vladimir Putinin öz hakimiyyətinin ömrünü uzatmaq məqsədilə bir neçə müddətdir hazırlandığı seçki oyunu həmçinin onun “xüsusi hərbi əməliyyat” adlandırdığı uğursuz hərbi planı puç olarsa, Putin təkcə Rusiyadakı azsaylı liberalların deyil, etimad göstərdiyi millətçilərin də müqaviməti ilə üzləşə bilər.

Qəzet yazır ki, Putinin 2024-cü il seçkisindən narahat olmağa səbəb gətirən əsas məqam onun cəbhədəki uğursuzluqla eyni vaxtda aparılacaq seçki kampaniyasıdır.

“Financial Times” Ukrayna ilə bağlı vəziyyətə də nəzər salıb. Bildirilir ki, bu ölkədəki ictimai rəy sorğularının nəticəsi prezident Volodimir Zelenskinin 2023-cü ildə qəbul edəcəyi strateji qərarlarda atacağı addımlar da onun gələcək siyasi karyerasını müəyyən edəcəkdir. Zelenksinin 2024-cü ilə planlaşdırılan seçkini təxirə salmaq imkanı yoxdur. Məsələ də ondadır ki, hazırda Ukrayna əhalisinin çoxu bir çox ölkədə qaçqın həyatı yaşayır. Belə olan məqamda onların azad səs verib, ədalətli seçim etməsi də ən azında logistika baxımdan Zelenski üçün çətin olacaqdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.