Aşbaz da başının dəstəsi ilə post-putin dövrünə hazırlıq görür

11-01-2023, 12:42           
· Aşbaz da başının dəstəsi ilə post-putin dövrünə hazırlıq görür
Putinin aşbazı Priqojin dünən ukraynalı döyüşçülərin Baxmut və Soledar uğrunda şücaətlə döyüşdüklərini, fərarilik etmədiklərini deyib. Bəziləri bunu Rusiya elitasında ziddiyyətlərin başlanğıcı kimi qəbul edir.
Burada bir qədər qeyri-dəqiqlik var. Əslində Rusiya hakimiyyət dairələrində, oliqarxatda ziddiyyətlər indi deyil, ötən ilin yazından başlayıb. Həmin ziddiyyətlər hazırda güclənməkdədir və qarşısıalınmaz səviyyəyə yaxınlaşır.
Sual olunur, Priqojin Ukrayna Ordusunu tərifləməklə nə demək istəyir? Aşbaz deyir ki, onun vaqnerçiləri hələm-hələm döyüşçülərlə deyil, yüksək hazırlıqlı hərbçilərlə döyüşür. O bunu da deyib ki, Soledar uğrunda yalnız vaqnerçilər vuruşur. Yəni Priqojinin dediyi odur ki, peşəkar və döyüş qabiliyyətli Ukrayna hərbçilərini guya yalnız onun adamları üstələyə bilər.
Başqaları kimi, aşbaz da başının dəstəsi ilə post-putin dövrünə hazırlıq görür.
Fuad Ağayev
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru