Vasif Talıbov bu deputatlara rəhbərlik edir – SİYAHI

11-01-2023, 19:21           
Vasif Talıbov bu deputatlara rəhbərlik edir – SİYAHI
“Vasif Talıbovun Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri vəzifəsindən azad edilməsi məsələsinə baxıla bilər”.

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Vasif Talıbovun İranla gizli əlaqələrinin olması barədə iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılarsa və fakt öz təsdiqini taprsa, bu, Azərbaycanın milli maraqlarına çox ciddi zərbə vura biləcək hadisə olar.

Qeyd edək ki, Vasif Talıbov 1995-ci ildən (28 ildir-red.) Azərbaycan Milli Məclisində 1 saylı Şərur- Sədərək seçki dairəsini təmsil edir. O, həm də 20 ilə yaxındır ki, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası işçi qrupunun sədri vəzifəsindədir.

Vasif Talıbovun rəhbərlik etdiyi Azərbaycan-İran parlamentlərarası işçi qrupunda aşağıdakı deputatlar təmsil olunur:

Fazil Mustafa, Ülviyyə Həmzəyeva, Eldar İbrahimov, Cəbi Quliyev, Elşad Mirbəşiroğlu, Aydın Mirzəzadə, Madər Musayev, Əziz Ələkbərli, Cavanşir Paşazadə.

Heç vaxt Milli Məclisin iclaslarına gəlməyən Vasif müəllimin nə vaxtsa Azərbaycan-İran parlamentlərarası işçi qrupunun iclasını keçirdiyini də parlamentdə xatırlayan yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru