Moskva və Kiyev nə vaxt dialoqa başlayacaq?

12-01-2023, 09:15           
Moskva və Kiyev nə vaxt dialoqa başlayacaq?
ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Stavridis bildirib ki, Rusiya və Ukrayna danışıqları yazda bərpa edə bilər...

PİA.az xəbər verir ki, bu barərəd Newsweek nəşri məlumat verib. Nəşr yazır ki, NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Rusiya və Ukraynanın qış bitdikdən sonra sülh danışıqlarını bərpa edə biləcəyini ehtimal edir. Admiralın fikrincə, bu, təxminən 2023-cü ilin ortalarında baş verə bilər.

“Təəssüf ki, danışıqlar aparmaq üçün əldə edə biləcəyimiz ilk şans qışdan sonra gələcək. Gəlin hamımız 2023-cü ilin ortalarında hardasa danışıqlarda israr edək”, deyə Stavridis bildirib.

NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı öz fikrini onunla əsaslandırıb ki, yaza qədər Rusiya canlı qüvvə və texnikada böyük itkilər verəcək. Stavridis Kiyevin son aylardakı uğurlarını qeyd etsə də, onu da vurğrlayıb ki, Rusiya hava döyüşlərində üstünlüyünü qoruyub saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru