Zakir Həsənov Türkiyəyə gedib

30-05-2016, 20:25           

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında keçirilən "Efes-2016" beynəlxalq təlimlərin yekun mərhələsi zamanı təşkil edilən Yüksək Səviyyəli Qonaqlar günündə iştirak etmək üçün mayın 30-da İzmir şəhərinə yola düşüb.

Bu barədə TİA.AZ-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, 9 ölkənin qatıldığı "Efes-2016" beynəlxalq təlimlərində Azərbaycan Silahlı Qüvvələrinin 30 nəfərdən ibarət heyəti də iştirak edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru