"Niyə boş-boş oturursan?" - Putin iclasda müavinə əsəbiləşdi

12-01-2023, 11:55           
"Niyə boş-boş oturursan?" -
Rusiya prezidenti Vladimir Putinin videokonfrans zamanı hərəkəti şok effekti yaradıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, artan müharibədə Rusiya ordusunun itkiləri və sanksiyaların yaratdığı iqtisadi problemlərdən əsəbi olduğu deyilən Putin yüksək səviyyəli hökumət rəsmiləri ilə video görüşündə baş nazirin müavini Denis Manturovu açıq şəkildə danlayıb.

Belə ki, Yeni il tətilini Türkiyədə keçirdiyinə görə Denis Manturov yeni mülki və hərbi təyyarələrlə bağlı müqavilələri başa çatdıra bilməyib. Buna görə də onlayn iclas zamanı baş nazirin müavininə qəzəblənən Putin “Müqavilə yoxdur. Mənə nə deyəcəksən? Menecerlər mənə dedilər ki, heç bir müqavilə bağlanmayıb. Niyə boş-boş oturursan?” - deyə sözlərindən istifadə edib.

İclasda Baş nazirin müavini Denis Manturov və digər dövlət rəsmilərin bu hadisəni heyrətlə izlədiy və susqunluğu əks olunub.

Yüksək səslə danışmağa davam edən Putin, “Bu iş bir aya bitəcək. Sizə deyirəm, bir aydan sonra bu iş hazır olmalıdır", - deyə tapşırıq verib.

Gülayə Mecid












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru