Qərbin Qarabağ məsələsi üzrə ən nüfuzlu mütəxəssisinin belə əcaib açıqlama verməsi təəssüf doğurur...

12-01-2023, 16:22           
· Qərbin Qarabağ məsələsi üzrə ən nüfuzlu mütəxəssisinin belə əcaib açıqlama verməsi təəssüf doğurur...
Nikol Paşinyan deyir ki, Rusiyalı sülhməramlılar öz öhdəliklərini yerinə yetirə bilmir. Ümumiyyətlə, Ermənistanda Rusiyaya qarşı açıq şəkildə əks təbliğat aparılır. Rusiyanın Gümrüdəki hərbi bazası qarşısında etiraz aksiyası keçirilir və.s.
Belə bir fonda Ruben Vardanyan bəyan edir ki, Rusiya sülhməramlıları onillərlə Qarabağda qalmalıdır. Dağlıq Qarabağdan kənarda yaşayıb Rusiya sülhməramlıların tənqid etmək asadır. Onlar olmasa, Qarabağda vəziyyət daha pis olar.
Gördüyünüz kimi, Paşinyanla Vadanyanın Rusiya məsələsində tam fərqli mövqedən çıxış edirlər...
Ermənistanın siyasi ekspertləri də vurğulayır ki, Qərb Rusiyanın Cənubi Qafqazdan çıxıb getməsini istəyir və düşünür ki, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan münasibətləri normallaşsa, Rusiyanın Cənubi Qafqazdakı mövqeləri ciddi şəkildə zəifləyəcək. Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışır. İstəyi odur ki, özü bu regiona daxil olsun.
Paşinyan Rusiyanı nüfuzdan salmaqla bu məsələdə Qərbə kömək edir, Vardanyan isə əksinə, Rusiyanın regionda uzunmüddətli qalmasına çalışır.
Tomas de Vaal isə idda edir ki, Ruben Vardanyan Rusiyanın adamı deyil. Əlbəttə, bu, yalan söhbətdir. Və Qərbin Qarabağ məsələsi üzrə ən nüfuzlu mütəxəssisinin belə əcaib açıqlama verməsi təəssüf doğurur...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru