Biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək.

12-01-2023, 17:46           
Biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək.
Əslində Ruben Vardanyan biz deyəni təkrarlayır, Qarabağ erməniləri üçün 3 yoldan ikisini səsləndirir və bu Azərbaycanın mövqeyini əks etdirir:
“Qarabağ erməniləri ya Azərbaycan qanunlarına tabe olmalıdırlar, ya da tabe olmaq istəmirlərsə Qarabağı tərk etməlidirlər”.
Bizim bir başqa vəzifəmiz qanunlarımıza tabe olmayan Ruben Vardanyanın Qarabağı tərk etməsini sürətləndirməkdir. Ruben Vardanyanın gəldiyi yerə qayıtması saman çöpündən də yapışmağa cəhd edən erməni separatizminə və separatizmə dəstək verən digər ermənilərə ağır zərbə olacaq.
“Əgər Rusiya ilə sıx bağlılığı olan Ruben Vardanyan kimi birisi də Qarabağı tərk etmək məcburiyyətində qalıbsa, biz Azərbaycan qanunlarına tabe olmadan burada necə yaşayacağıq” – bu Qarabağ ermənilərinin özlərinə verməli olan suala çevriləcək.
Ruben Vardanyan bölgəni bu il tərk etməsə belə bunu 3 il sonra Rusiya hərbi kontingenti ilə birgə reallaşdırmaq məcburiyyətində qalacaq. Ancaq biz elə etməliyik ki, Ruben Vardanyan daha tez qərar versin ki, məsələlərimizin həllini sürətləndirək.
ElxanŞahinoğlu
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru