AEBA-nın baş direktoru: “İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib”

13-01-2023, 11:44           
AEBA-nın baş direktoru:
“İranın nüvə sazişi ətrafında vəziyyət dalana dirənib”.

Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bəyan edib.

O, İrana gedə biləcəyinə ümid etdiyini bildirib: “Dalan mövcuddur. Agentlik və şəxsən mən bu cür dəyişkən və təhlükəli məsələ ətrafında bu siyasi boşluğu tərk etmək istəmirik”.

Onun sözlərinə görə, İran uranın zənginləşdirilməsi, inkişaf etdirilməsi və getdikcə daha təkmil sentrifuqaların yaradılması prosesində irəliləyir, bu da narahatlıq doğurur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru