Keçmiş Estoniya XİN rəhbəri Rusiya səfirinin ölkədən çıxarılmasını təklif etdi

13-01-2023, 12:04           
Keçmiş Estoniya XİN rəhbəri Rusiya səfirinin ölkədən çıxarılmasını təklif etdi
“Rusiyanın Tallindəki diplomatik missiyasının əməkdaşlarının sayı çoxdan ixtisar edilməli idi”.

Bu sözləri Estoniyanın Moskvadakı keçmiş səfiri, sabiq xarici işlər naziri, hazırda Avropa Parlamentinin üzvü Marina Kalyurand deyib.

Onun sözlərinə görə, Estoniya Rusiya səfirini ölkədən çıxarmalı və həmçinin öz səfirini də Moskvadan geri çağırmalıdır.

“Eyni zamanda Rusiyada Estoniya vətəndaşları olduğu müddətcə konsulluq xidmətləri bağlana bilməz”, - deyə Kalyurand əlavə edib.

“Mən səfiri daha tez geri çağırardım. Bu, beynəlxalq hüququ, BMT Nizamnaməsini pozan və başqa bir müstəqil dövlətə hücum edən ölkədə Estoniyanın səfirinin olmamasına dair güclü siyasi siqnal olardı”, - deyə o bildirib.

“Estoniya Rusiyanı işğalçı dövlət kimi tanıdıqdan sonra konkret ciddi addımların atılacağını gözləmək olardı. Bəli, mən hesab edirəm ki, Rusiya səfirinin ölkədən çıxarılması və səfirimizin geri çağırılması düzgün, adekvat addım olardı”, - deyə Marina Kalyurand qeyd edib.

Mənbə: Yevropeyskaya pravda












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru