Bəxtiyar Hacıyevə qarşı ittiham AĞIRLAŞDI - DETALLAR

13-01-2023, 17:59           
Bəxtiyar Hacıyevə qarşı ittiham AĞIRLAŞDI - DETALLAR
Bəxtiyar Hacıyevə qarşı yeni ittiham verilib.

TEREF.AZ APA-ya istinadla xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, Bəxtiyar Hacıyev barəsində ilk olaraq Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri cinayət işi başlanıb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru