Ermənilər hər dəfə Bayrağımızı yandırdıqca, Bayrağımız İrəvana daha yaxında dalğalanacaq, necəki...
27-04-2023, 10:08
Ermənistanda sülh əlehdarları, revanşistlər, Kremldən gələn əmrləri yerinə yetirərək böyük sülh sazişinə mane olanlar İrəvanda Azərbaycan bayrağını hər dəfə yandırdıqca, bayrağımız İravana daha yaxında dalğalanacaq – necə ki, indi, məsələn, Qafanın 2 km-də, və ya Laçın yolunun girişində dalğalanır. Ermənistan əhalisinin müharibə tərəfdarları, revanş istəyənlərinin bir qisminin davranışlarını psixoloji cəhətdən izah etmək olar: 2020-ci il 44 günlük müharibəyə qədər Ermənistanda ölkənin sərhədlərinin Ağcabədi, Beyləqan, Tər-Tərdən, Horadizdən başladığına, sərhədlərin daim belə olacağına 30 ildir inanan psixotiplər yaranıb. İndi isə Azərbaycan Əsgəri Qafan şəhərindən 2-3 kmdə, həmin şəhərin hava limanından cəmi 300 metr məsafədə dayanıb, bayrağı sərhəddimizə sancıb – onlar üçün əsas psixoloji prblem budur. Ermənistan əhalisi yeni sərhədlərə alışmalı, bunu həzm edib sülh üçün çalışmalıdır – bölgəmizdə sülhün təməli Ermənistanın yeni sərhəd reallıqlarını qəbul-həzm etməsindən keçir, ümid edirəm ki, “həzm” prosesinə Əsgərimizin yeni müdaxilələrinə ehtiyac qalmayacaq. Cənubi Qafqaza sülh və əminəmanlıq gəlsin artıq – bunun üçün tarixi fürsət yetişib... Natiq Cavadlı Teref.az