İtaliya “Qolodomor”un soyqırım kimi tanınması üçün qanun layihəsi hazırlayır

27-04-2023, 11:08           
İtaliya “Qolodomor”un soyqırım kimi tanınması üçün qanun layihəsi hazırlayır
İtaliya Senatı 1932-1933-cü illərdə baş vermiş Qolodomorun Ukrayna xalqının soyqırımı kimi tanınmasını nəzərdə tutan qanun layihəsi hazırlayır.

Bu barədə “Report” Ukraynanın Baş naziri Denis Şmıqal teleqram kanalındakı paylaşımına istinadən xəbər verir.

“İtaliya parlamentinin rəhbərliyi ilə görüşlər keçirilib. Hər iki palatadan qeyd-şərtsiz dəstək var”, - Şmıqal bildirib.

Denis Şmıqal İtaliya Senatının sədri İqnazio Benito Maria La Russa ilə “Qolodomor”un Ukrayna xalqının soyqırımı kimi tanınmasını müzakirə edib:

“Müvafiq qanun layihəsi artıq hazırlanır. İtaliyalı tərəfdaşlarımız bilirlər ki, “Qolodomor” təkrarlanmamalı olan ən dəhşətli cinayətlərdən biridir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru