Ermənilərdən Lentsov barədə qəribə iddia

27-04-2023, 11:18           
Ermənilərdən Lentsov barədə qəribə iddia
Qarabağda müvəqqəti yerləşdirilmiş rus sülhməramlılarının yeni rəhbəri general Aleksandr Lentsovun bu vəzifəyə təyinatı müvəqqəti ola bilər.

Teref.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” yazıb.

Xankəndidəki bəzi “mənbələr” Lentsovun Qarabağa müvəqqəti gəldiyini, Laçın yolunda vəziyyət “düzələcəyi” təqdirdə Moskvaya qayıdacağını iddia edib.

“Çünki hazırda rus ordusunda belə təcrübəli mütəxəssislər yoxdur. Xüsusən Ukraynada müharibənin getdiyi bir vaxtda ona böyük ehtiyac var”, – məlumatda bildirilib.

Həmçinin iddia edilib ki, Lentsov artıq Laçın yolu məsələsini azərbaycanlı generallarla müzakirə etməyə başlayıb.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Quru Qoşunları komandanının müavini, general-polkovnik Aleksandr Lentsovun Qarabağdakı sülhməramlı kontingentinin komandiri təyin edildiyini təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru