Stoltenberq: Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq

28-04-2023, 09:04           
Stoltenberq: Nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq
“Əlbəttə ki, biz Rusiyanı heç vaxt aşağı qiymətləndirməməliyik. Çünki Moskva rus qüvvələrinin keyfiyyətcə çatışmayan şeylərini kəmiyyət baxımından tamamlamağa çalışır”.
Bunu NATO Baş katibi Yens Stoltenberq Lüksemburq Baş naziri ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
“Biz görürük ki, Rusiya daha çox kadr, qüvvələr səfərbər etməkdə davam edir. Baxmut ətrafında çox yüksək itkilərə baxmayaraq minlərlə qüvvə göndərməyə hazır olduqlarını görürük. Bu da təbii ki, Ukrayna qoşunları üçün problem yaratmağa davam edir. Biz açıq şəkildə bildirmişik ki, dəstəyimizi davam etdirəcəyik, nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru